Masallıda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb


Masallı rayonunda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb.



AFN.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2013-cü il təvəllüdlü İsmayılov Amin Sərxan oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu