Beyləqanda yol qəzasında iki nəfər xəsarət aldı
Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, rayon ərazisində “QAZel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1954-cü il təvəllüdlü Alıyev Süleyman Sabir oğlu və 1993-cü il təvəllüdlü Əliyev Orxan Bahəddin oğlu xəsarət alıblar.
Hər iki şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndəriliblər.
Həkim müayinəsi zamanı S. Alıyevə qapalı kəllə-beyin travması, qabırğalarının və sol bud sümüyünün sınıqları diaqnozları qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Digər yaralı, O. Əliyevə isə sol diz qapağının qapalı yerdəyişmiş sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.