Lavrov: “ABŞ və Qərbin Kiyevin Donbassdakı hərəkətlərinə reaksiyası məyusedicidir”


ABŞ və Qərbin Kiyevin Donbassdakı hərəkətlərinə reaksiyası məyusedicidir.



APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subramaniam Cayşankarla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“O ki qaldı Ukrayna rəhbərliyinin bəyanatına, bu haqda çoxlu analitik məqalələr, reportajlar olub. Bu bizi narahat edir. Biz bu barədə avropalı həmkarlarımızla da danışırıq. Ümid edirik ki, baş verənlərlə bağlı müvafiq anlayış Vaşinqtonda da var. Böyük təəssüf olsun ki, hələlik qərbli həmkarlarımızın fəaliyyəti, hərbi strukturun möhkəmləndirilməsinə və Donbassdakı təmas xəttinə qoşunların toplanmasına reaksiyası məyusedicidir. Əvvəlki kimi qərbli həmkarlarımız Ukrayna hakimiyyətinin tamamilə qəbuledilməz fəaliyyətlərini və bəyanatlarını hər cür dəstəkləməyi lazım bilirlər”, - deyə Rusiya XİN başçısı qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu