Ukrayna prezidentinin Türkiyəyə səfərinin tarixi açıqlanıb


Ukrayna prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyəyə işgüzar səfər edəcək.



“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna lideri 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələlərini müzakirə edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edəcək.

Qeyd edək ki, Türkiyənin dövlət başçısı 2020-ci ilin fevralında 8-ci Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Kiyevə səfər etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu