ETSN: "Zaqatalada yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur"


"Zaqatalanın mürəkkəb relyefli dağlıq ərazisində baş verən yanğının söndürülməsi və geniş ərazilərə keçməməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur".


AFN.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda nazirliyin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətinin yanğınsöndürənləri, rayon icra hakimiyyətinin nümayəndələri və yerli kənd camaatı yanğının söndürülməsi üçün çalışırlar, əraziyə 2 helikopter cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu