Şəhid polkovnik-leytenantın oğlu vərəsəlik ala bilmir - Foto


“Oğlum Vasif İbrahimov I qrup əlildir. 16 yaşı var, əlil arabasındadır. Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun nikahdankənar övladı olsa da, adı vərəsələrin siyahısında yoxdur, indiyə kimi vərəsə kimi pay almayıb”.



Bu sözləri “Qafqazinfo”ya müraciətində V.İbrahimovun anası Lamiyə Abbasova deyib.

O bildirib ki, Vətən müharibəsi şəhidi Xeyrulla İbrahimovla rəsmi nikahı olmayıb. Lakin övladı doğulandan sonra X. İbrahimov uşağa soyadını və atalığını verib. Maddi baxımdan onu təmin edib, hər ay pul göndərib. Buna baxmayaraq, atasının şəhadətindən sonra adı şəhidin digər övladları ilə birgə vərəsələrin siyahısına salınmayıb: “Biz Gəncədə kirayədə yaşayırıq. Atasının şəhid olmasından 6-7 ay sonra şəhid övladı statusu ala bildik. Hazırda atasının pensiyasının 50 faizini və Prezident təqaüdünün 125 manatını alır. Dünən notariusa vərəsəlik kağızını çıxarmağa getmişdim, məlum oldu ki, uşağın adı vərəsələrin siyahısında yoxdur. Kompüter sistemində bu adamın 3 övladı çıxır. Necə olur ki, 2 övladı vərəsə kimi götürülür, biri yox? Şəhid ailələrinə 11 min manat sığorta pulu ilə birlikdə 21 min manat ödəniş olunur. Onlardan bir qəpik də bizə verməyiblər. Ailə bu uşağı qəbul etmir. Şəhidin ipotekada olan evinin pulunu dövlət ödəyib və o evi kiməsə bağışlayıblar. Biz də burada kirayədə qalırıq. Vəziyyətimiz də ağırdır, mən uşağa görə işləyə bilmirəm. Tez-tez epilepsiyası olur, xəstə uşaqdır. Özümə heç nə istəmirəm, ancaq övladımın haqqını istəyirəm. Çünki ona da bir pay düşür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu