Acun “Hull “City”nin qazancından danışdı - “Qalatasaray” və “Fənər”dən qat-qat çoxdur


İngiltərə Çempionşip komandalarından olan “Hull City”nin sahibi Acun Ilıcalı klubun illik qazancını açıqlayıb.



AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun, gəlirin Türkiyə klublarınınkından qat-qat çox olduğunu deyib:

“Bu gün İngiltərədəki klubumdan aldığımız pul Türkiyənin istənilən Super Liqa komandasından ən azı 5 qat çoxdur".

Acun Ilıcalının bu sözləri futbolsevərlərin ən çox danışılan mövzuları arasında yerini alıb.

Qeyd edək ki, “Hull City” bu mövsüm 11 matçda topladığı 17 xalla İngiltərə çempionatında 24 komanda arasında 9-cu pillədə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu