Özbəkistanda Ramazan bayramı ilə əlaqədar 426 məhbus əfv edildi


Özbəkistanda prezident Şavkat Mirziyoyevin Ramazan bayramı münasibətilə imzaladığı fərmanla 426 məhbus əfv edilib.



Özbəkistan Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Mirziyoyev "törətdiyi cinayətdən peşman olan və mütləq islah yolunda olan məhbusların" Ramazan bayramı münasibətilə əfv edilməsi haqqında fərman imzalayıb.

Sərəncama əsasən 426 məhkumun faydalanacağı amnistiya çərçivəsində 335 məhkum azadlığa buraxılacaq, 91 məhkumun isə cəza müddəti qısaldılacaq.

Əfv olunan məhbusların 5-i qeyri-qanuni təşkilatın üzvü, 13-ü 60 yaşdan yuxarı, 50-si qadın və 11-i xarici ölkə vətəndaşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu