Məleykə Abbaszadədə qəbul imtahanlarındakı yeniliklərdən danışdı

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 15:04    |    Xəbər oxunub: 545 dəfə
Məleykə Abbaszadədə qəbul imtahanlarındakı yeniliklərdən danışdı


2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub: "Bu təbiidir. 2017-ci ildə də bu məsələ ilə bağlı ilk addım atılıb. Bilirsiniz ki, 2009-cu ildən təhsil müəssisələrində tədris kurikulum əsasında qurulub. Bu il buraxılış imtahanları 9-cu sinifdə iki mərhələdə aparılıb. Buraxılış imtahanlarında tamamilə yeni növ qiymətləndirilmə, ölçmə materialları istifadə olunub. Bu tipli alətlər indi hazırlanır. Kurikulum əsasında tədris alan uşaqlar iki ildən sonra 11-ci sinifə çatanda buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər nəzərdə tutulub".

DİM rəhbəri buraxılış imtahanlarına salınacaq fənlərdən də danışıb: "Hazırda 10-cu sinifdə oxuyan şagirdlərin valideynləri narahatdır, onlar hansı fənlərdən imtahan olacağını bilmirlər. 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq".

M.Abbaszadə bildirib ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub: "Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur