Emin Muradov nazirlikdən ayrıldı, yüksək vəzifəyə təyinat aldı - FOTO




2017-ci ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri çalışan Emin Muradov vəzifəsini tərk edib.



AFN banker.az-a istinadən xəbər verir ki, Emin Muradov nazirlikdəki vəzifəsini bu aydan etibarən dayandırıb və əmək fəaliyyətini Beynəlxalq Valyuta Fondunda (BVF və ya IMF) davam etdirəcək. Onun, beynəlxalq qurumda icraçı direktora müşavir təyin edilib. Bildirək ki, IMF-in Baş ofisi ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşir.

Muradov üçün bu vəzifə ilk deyil. Belə ki, Maliyyə Nazirliyinə (AR) şöbə müdir təyin olunmamış Asiya İnkişaf Bankında da İcraçı direktorun müşaviri vəzifəsində çalışıb. Yerli qurumlardan "Unibank”, BFB və "Golden Pay” kimi yerlərdə çalışıb.

Texas Universitetinin iqtisadiyyat üzrə magistr dərəcəsi var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu