Bərdədə baş verən intihar hadisəsi ilə bağlı “Araz”dan açıqlama




“Bərdə şəhərində “Araz minimarket” filialının müdirinin intihar etməsindən dolayı dərindən kədərlənirik, şirkət rəhbərliyi adından dünyasını dəyişən əməkdaşımızın ailə üzvlərinə baş sağlığı veririk”.

Bunu AFN-ə “Araz” supermarketlər şəbəkəsinin mətbuat xidməti rəhbəri Billurə Əmirova deyib. Onun sözlərinə görə, hadisənin səbəbləri hələlik tam məlum deyil: “Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Hazırda hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır, hadisənin əsl səbəbləri araşdırmadan sonra məlum olacaqdır”.
Qeyd edək ki, 1988-cı il təvəllüdlü İsgəndərov Tofiq İlham özünü evində asaraq intihar edib. B.Əmirovanın bildirdiyinə görə, o, 2015 -cı ildən “Araz” supermarketlər şəbəkəsində çalışırmış.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu