Zukerberq Trampın hərbi toplantısından çıxarılıb

"Meta" korporasiyasının həmtəsisçisi Mark Zukerberq ABŞ prezidenti Donald Trampla hərbi rəhbərlik nümayəndələri arasında keçirilən görüşü tərk etmək məcburiyyətində qalıb.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" kanalı məlumat yayıb.
Bildirilir ki, Zukerberq qəfildən "Boeing F-47 Stealth" qırıcısının son modelinin müzakirə olunduğu Oval Ofisə daxil olub. İştirak edənlər “Meta”nın rəhbərinin məxfi məlumatlara giriş hüququnun olmamasından narahat olduqlarını bildiriblər və ondan kənarda qalmasını istəyiblər.
Bundan əlavə, mənbələrin qeyd etdiyi kimi, müzakirələr zamanı Trampa bir neçə telefon zəngi gəlib və Ağ Ev rəhbərinin köməkçilərindən biri prezidentə nəsə göstərmək üçün onun noutbukunu ofisə gətirib. Hərbçilər görüşün belə təşkilinin məxfi məlumatların sızmasına səbəb ola biləcəyinə inanırdılar.