Tramp Zukerberqlə görüşüb


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində axşam yeməyində "Meta"nın baş icraçı direktoru (CEO) Mark Zukerberqlə görüşdüyü bildirilib.



"CBS News"un məlumatına görə, "Meta" sözçüsü verdiyi açıqlamada görüşü təsdiqləyib və Zukerberqin Trampın dəvətinə qatılmaqdan və gələcək kabinet üzvləri ilə görüşməkdən məmnun olduğunu bildirib.

Trampın Ağ Ev rəhbərinin siyasətdən məsul müavini olacağını açıqladığı Stiven Miller görüşlə bağlı verdiyi açıqlamada Zukerberqin bütün digər idarəçilər kimi Trampın iqtisadi planlarını dəstəkləmək istədiyini bildirib.

Miller deyib ki, Zukerberq Trampın rəhbərlik etdiyi ABŞ-ın “milli yenilənmə” planını dəstəkləmək istədiyini açıq şəkildə ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu