Günəşdə böyük həcmli plazma atılması qeydə alınıb

Günəşdə Yerə dəyə biləcək təxminən 1 milyon km ölçüdə plazma atılması qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının Telegram kanalında məlumat verilib.
“Ola bilsin ki, bu ilin ən böyük və şübhəsiz ki, ən möhtəşəm çıxması bu səhər Günəşdə baş verib. Təxminən 1 milyon km ölçülü plazma filamenti kosmosa atılıb və onun hərəkəti zamanı fırlanan isti qaz tornadosuna bənzər bir şey əmələ gəlib”, - məlumatda deyilir.
Qeyd edilir ki, ejeksiyon Günəşin görünən tərəfində Yerlə tam əks istiqamətdə baş verib, ona görə də plazmanın bir hissəsinin Yerə çatması mümkündür.