2017-ci ildən bəri Günəşdə ən böyük alışma qeydə alınıb

2017-ci ildən bəri ən böyük alışma Yeni il ərəfəsində Günəşdə qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun (ISTP) mətbuat xidməti məlumat yayıb.