OPEC+ üzvü olan 8 ölkə avqustda neft hasilatını artıracaq


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupu çərçivəsindəki 8 ölkə avqustda neft hasilatını iyul ayı ilə müqayisədə gündəlik 548 min barel artırmaq qərarına gəlib.



OPEC-in yaydığı açıqlamada Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, ƏlcəzairOmandan ibarət ölkələrin qlobal bazar şəraiti və perspektivlərini qiymətləndirmək üçün onlayn toplantı keçirdikləri bildirilib.



Toplantıda apreldən etibarən mərhələli və elastik şəkildə geri çəkilməyə başlanan gündəlik 2,2 milyon barellik könüllü hasilat ixtisarları müzakirə olunub. Bu çərçivədə avqust ayında iyul ayının istehsal səviyyəsi ilə müqayisədə gündəlik 548 min barel artım edilməsi qərara alınıb. Qeyd edilib ki, bu artım dörd aylıq mərhələli istehsal artımına bərabərdir.



Açıqlamada bildirilib ki, bu qərar sabit qlobal iqtisadi perspektiv və aşağı neft ehtiyatları kimi mövcud sağlam bazar əsasları nəzərə alınaraq verilib. Lakin mərhələli istehsal artımlarının bazar şəraitindən asılı olaraq dayandırıla və ya geri çəkilə biləcəyi, bu elastikliyin bazar sabitliyinə töhfə verəcəyi vurğulanıb.



Qrupun sentyabr ayı üçün hasilat səviyyəsini müəyyən edəcək növbəti iclası 3 avqustda keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu