İsrail Baş Qərargah rəisi HƏMAS-la razılaşmaqda maraqlıdır

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir israilli girovların azad edilməsi üçün HƏMAS hərəkatı ilə razılaşmanın bağlanmasına dəstəyini ifadə edib.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbəyə istinadən məlumat yayıb.
İsrail Baş Qərargah rəisi Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsinin israilli girovların həyatını təhlükə altına atdığı qənaətindədir. O, həmçinin HƏMAS-ı hərbi yolla daha da zəiflətmək cəhdlərinin məqsədəuyğunluğuna şübhə edir.
Nəşr qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın anklavda hakimiyyətdən uzaqlaşdırılması və radikalların tamamilə tərksilah edilməsinin zəruriliyində israr etməkdə davam edir.