HƏMAS İsrailin məhbusları azad etməsi ilə bağlı razılığa gəldiyini bildirib


HƏMAS fevralın 22-də, israilli girovların cəsədlərinin təhvil verildiyi gün azad edilməli olan bir qrup fələstinli məhbusun İsrail tərəfindən azad edilməsi ilə bağlı razılığa gəldiyini bildirib.


AFN.az xəbər verir ki, bu barədə HƏMAS nümayəndə heyətinin Qahirəyə səfərindən sonra hərəkatın Telegram kanalında dərc olunmuş bəyanatında deyilir.

“Son qrupun tərkibində azad edilməli olan fələstinli məhbusların israilli girovların cəsədlərinin İsrailə təhvil verilməsi ilə eyni vaxtda sərbəst buraxılması məsələsinin həlli ilə bağlı razılıq əldə olunub”, - deyə açıqlamada bildirilir. Qeyd edilir ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qahirəyə səfəri zamanı Misir rəsmiləri ilə atəşkəs razılaşmasının icrası, girovların dəyişdirilməsi və danışıqların ikinci mərhələsinin perspektivlərini müzakirə edib.

"Əl-Cəzirə" telekanalı da mənbələrə istinadən xəbər verib ki, vasitəçilər İsrail və Fələstinin HƏMAS hərəkatı arasında son fələstinli məhbusların azad edilməsinin gecikdirilməsi ilə bağlı razılaşmanın həyata keçirilməsində böhranı həll edə biliblər.

Fevralın 23-nə keçən gecə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, İsrail Fevralın 22-nə planlaşdırılan həbsxanalardan 600-dən çox fələstinli məhbusun azad edilməsini HƏMAS-ın Qəzza zolağında israilli girovların azad edilməsi ilə bağlı mərasimləri tərk etməsinə qədər təxirə salmağa qərar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu