Atatürk parkındakı ağaclar necə yoxa çıxır?- Nərimanovda "AĞAC SOYQIRIMI"+FOTOLAR





Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk parkında ağaclar kəsilir.

AFN xəbər verir ki, ərazidəki son vəziyyətlə bağlı demokrat.az saytında məlumat dərc edilib. Bildirilir ki, parkda mövcud olan onlarla ağac "budanma" adı ilə tamamilə məhv edilib, ətrafdakı bir çox ağacların isə qol-budağı kəsilərək lüt hala salınıb.

"Hazırda ərazidə 2 ədəd ekskavator və bir neçə ağır tonnajlı yük maşınları çalışır" - deyə saytın məqaləsində qeyd edilir.

Parka yaxın ərazidə yaşayan sakinlər deyib ki, parkın iaşə obyektləri planlaşdırılan yerlərindəki ağaclar gecə saatlarında sakitcə aradan götürülüb. "Gündüz vaxtları isə gördüyünüz hündür ağacların qol-budağını kəsirlər. Parkda harada obyektlər salınacaqsa, həmin yerlər şumlanıb. Əvvəllər orada ağaclar olub. Bu yaxınlarda həmin ağacları gecə ilə kökündən çıxarıb aparıblar", - deyə sakinlər bildirir: "Çəkiliş apardığımız zaman ərazidə iş aparan qurumun nümayəndələri gözümüzə dəymədi. Ancaq həmin vaxtı ərazidə çalışan yük maşınının sürücüsü ilə söhbətimiz oldu. O bildirdi ki, parkda Bakı şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən abadlıq-quruculuq işləri görüldüyü üçün ərazidəki qoca ağaclar budanır".

Sayt məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsa da, mümkün olmayıb.

Parkdakı son vəziyyəti əks etdirən fotoları təqdim edirik:








































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu