Nəhəng yaqut ABŞ-da rekord məbləğə hərraca çıxarılacaq


ABŞ-da 55,22 karat ağırlığında nəhəng yaqut hərraca çıxarılacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatçılar onu rekord məbləğə - 30 milyon dollardan baha satacaqlarını. Nəhəng yaqut "Sotheby's" hərrac evində satışa çıxarılacaq.

Hərrac evi sosial mediada "Estrela de FURA" 55.22 karatlıq daş-qaşın iyun ayında Nyu-Yorkda hərraca çıxarılacağını və "hərraca çıxan ən böyük və ən qiymətli yaqut" olacağını bildirib. Nəhəng daşın satışının hərrac evinin bütün rekordlarını qıracağı gözlənilir.

Daş 2022-ci ilin iyulunda tapılıb. Rəngli daşlar üzrə ixtisaslaşmış Kanadanın "Fura Gems" mədən şirkəti onu Mozambikdə kəşf etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu