Fələstin radikalları Qəzzadan İsrailə 22 raket atıb - VİDEO


Fələstinli radikallar Qəzza zolağından İsrailə 22 raket atıb.


AFN.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumatda bildirilib ki, raketlərdən dördü müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

"Hava hücumundan müdafiə qüvvələri dörd atışa mane olub,", - İsrail ordusundan bildirib.

Atılan 22 raketdən 16-sı səhra ərazisinə düşüb.

Səhər saatlarında radikallar tərəfindən Qəzza zolağından İsrailin cənubuna atılan üç raket də yaşayış olmayan əraziyə düşüb. Müdafiə Ordusu tank atəşi ilə cavab verib. Sərhəd bölgələrinin sakinləri sığınacaqlarda qalmağa çağırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu