Polşada indiyə qədər aşkarlanmış ən böyük rus casus şəbəkəsi darmadağın edilib


Polşada Rusiya Hərbi Kəşfiyyatına işlədiyi iddia edilən ölkədə indiyə qədər görülən ən böyük casus şəbəkəsinin üzvlərinin tutulduğu açıqlanıb.


Polşanın müdafiə naziri Mariuş Blaşçak yerli mediaya verdiyi müsahibədə ölkədəki rus casus şəbəkəsi və "Vaqner" qrupunun Belarusa gəlişi ilə bağlı açıqlamalar verib.

Blaşçak ölkədə fəaliyyət göstərən rus casus şəbəkəsinin Milli Prokurorluq və Daxili Təhlükəsizlik Xidməti (ABW) tərəfindən sındırıldığını açıqlayıb.

Sözügedən casus şəbəkəsinin Kreml tərəfindən Polşada sabitliyi pozmaq üçün terror hücumları həyata keçirmək üçün qurulduğunu deyən Blaşçak, bunu Rusiya imperiyasını diriltmək cəhdləri olaraq xarakterizə edərək, ölkəsi üçün təmsil etdiyi təhlükənin fərqində olduqlarını vurğulayıb: “Polşa təhlükəsizlik xidmətləri Rusiyanın istənilən təxribatına qarşı gecə-gündüz işləyir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu