İsrail ÜDM-in artım proqnozunu 3%-dən 2,3%-ə endirib


İsrail Mərkəzi Bankı İsrail ordusu ilə Fələstin HƏMAS hərəkatı arasında gedən döyüşlər fonunda ölkənin cari il üçün ÜDM artımı proqnozunu 3%-dən 2,3%-ə endirdiyini açıqlayıb.



İsrail Mərkəzi Bankının məlumatına görə, münaqişənin İsrail iqtisadiyyatına əsas təsiri 2023-cü ilin dördüncü rübündə baş verəcək. İsrail Bankının fikrincə, müharibə cari və növbəti illərdə ÜDM-in artımında təxminən 0,5-1,0 faiz bəndi azalma ilə özünü göstərəcək.

Tənzimləyici hesab edir ki, döyüş tələbin azalması və təklifin məhdud olması səbəbindən şəxsi istehlakın daha da zəifləməsinə, səfərbərliyə görə işçi qüvvəsinin çatışmazlığına səbəb olacaq,

İsrailin büdcə kəsiri, Mərkəzi Bankın proqnozuna görə, 2023-cü ildə ÜDM-in 2,3%-ni, 2024-cü ildə isə 3,5%-ni təşkil edəcək. Əvvəllər tənzimləyici rəqəmləri müvafiq olaraq 1,3% və 1,5% gözləyirdi. İsrail Mərkəzi Bankı əsas faiz dərəcəsini 4,75% səviyyəsində saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu