Moldova Rusiyanın bu addımından narazı qaldı


Rusiya prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə seçki məntəqələri açmaq qərarına görə beynəlxalq normaları pozur.


Moldova Xarici İşlər Nazirliyinin bu bəyanatını Telegram kanalında Rusiya səfiri Oleq Vasnetsovun zəngindən sonra qurumun mətbuat xidməti yayıb.

“Rusiya diplomatına Moldova Respublikasının Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması ilə bağlı etiraz bildirilib. Rusiya Federasiyasının bu cür hərəkətləri beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin Moldova Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozur”, - deyə bəyanatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu