Ural çayında suyun səviyyəsi 11 metri keçib


Rusiyanın Orenburq şəhərindən keçən Ural çayında suyun səviyyəsi 11 metri keçib.



Rusiyanın Orenburq vilayətinin Orenburq şəhərindən keçən Ural çayının daşması nəticəsində baş verən sel fəlakətinin fəsadları davam edir.

Orenburq bələdiyyəsindən verilən açıqlamada çayın şəhər ərazisindən keçən hissəsində suyun səviyyəsinin 11 metri keçdiyi bildirilib.

Şəhərdə təxliyələr davam edərkən, son 24 saat ərzində 9-u uşaq olmaqla 88 nəfər təhlükəsiz ərazilərə köçürülüb.

Orenburqda suyun səviyyəsinin bu gün pik həddə çatacağı, iki gün sonra isə enəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu