ABŞ: İranın hücumunda 81 PUA və ən azı 6 ballistik raketi vurduq


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-ın aprelin 13-də İsrailə hava hücumu zamanı İranın atdığı raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) 87-ni vurduğunu açıqlayıb.



Pentaqonun sözçüsü Patrik Rayder gündəlik mətbuat konfransında sualları cavablandırıb.

Rayder, İran, İraq, Suriya və Yəməndən İsrailə qarşı 110 orta mənzilli ballistik raket, 30 qanadlı raket və 150-dən çox PUA hücumu həyata keçirildiyini bildirib.

O, bu PUA-lardan 81-nin və ən azı 6 ballistik raketin ABŞ tərəfindən vurulduğunu bildirib.

ABŞ-ın bölgədə gərginliyin artmasını istəmədiyini qeyd edən Rayder, İsraili və ABŞ personalını müdafiə etmək üçün lazımi tədbirləri davam etdirəcəklərini də bildirib.

Rayder həmçinin bildirib ki, İran hücumlara başlamazdan əvvəl müttəfiqləri vasitəsilə ABŞ-a heç bir xəbərdarlıq etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu