Madurodan sonra növbə Kim Çen İnə çatdı- Şimali Koreyada müvəqqəti hökumət şoku




Kim Çen İn bu həftə ABŞ prezidenti Donald Trampla Vyetnamda görüş keçirdi.



Ölkə.Az xəbər verir ki, Kim Çen İn Şimali Koreyaya qayıtmağa hazırlaşdığı bir dövrdə “Cheollima” qeyri-hökumət təşkilatı (CCD) özünü Şimali Koreyanın qanuni müvəqqəti hökuməti elan edib.

Şimali Koreyadan onlara sığınan insanlara kömək təklifi edən CCD özlərini “böyük pislik” adlandırdıqları Şimali Koreyanın mövcud rejimini yıxmağa həsr etdiklərini bildiriblər. Təşkilat internet səhifəsində koreyaca və ingiliscə olan uzun bir mətn yayımlayıblar və özlərini Azad Koreyanın qanuni müvəqqəti hökuməti elan ediblər. Kim Çen İnin qardaşı oğlu Kim Han Sol onların qoruyucusudur.

Üzü bağlı bir qadın bildirişi oxuyub:

“Biz özümüzü insan ruhuna bulaşmış böyük pisliyi tamamilə məhv etməyə həsr etmişik. Biz Pxenyana qayıdana qədər mübarizəmizi davam edəcəyik. Koreya müstəqil olmalıdır və olacaq. Ayağa qalx, köləliyi rədd et və ayağa qalx”.

Qeyd edək ki, CDD haqqında çox az şey bilinir və arxasında Cənubi Koreya kəşfiyyatının dayandığı iddia edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu