MN: Düşmən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub, ölən və yaralananlar var


Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.



Bu barədə AFN-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək, - nazirlikdən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu