Avstraliyada qəzaya uğrayan kiçik təyyarənin 16 yaşlı pilotu ölüb


Avstraliyanın Sidney şəhərinin cənub-qərbində qəzaya uğrayan kiçik təyyarənin 16 yaşlı pilotu dünyasını dəyişib.


Yerli uçuş məktəbində qeydiyyatda olan kiçik Cessna 172 təyyarəsi qalxdığı Camden hava limanından 3 kilometr aralıda Brovnlov Hilldə otlaqda qəzaya uğrayıb.

Bildirilir ki, 16 yaşlı pilot uçuşun ilk üç dəqiqəsində təxminən 1500 fut hündürlüyə çatdıqdan sonra eniş istəyib və qısa müddət sonra idarəetmə qülləsi ilə əlaqəni kəsib.

Digər pilot kiçik təyyarənin qalıqlarını idarəetmə qülləsinə bildirərkən, polis hadisə yerinə gələrək gənc pilotun öldüyünü açıqlayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Avstraliyada 15 yaşlı uşaqlar lazımi pilot sertifikatını aldıqları təqdirdə təkbaşına uça bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu