Konqoda torpaq sürüşməsi nəticəsində azı 12 nəfər ölüb


Konqo Demokratik Respublikasının cənub-qərbində güclü yağış nəticəsində baş verən torpaq sürüşməsi azı 12 nəfərin ölümünə, 50-dən çox adamın itkin düşməsinə səbəb olub.


Reuters xəbər verir ki, sürüşmə şənbə günü günorta saatlarında Kvilu əyalətindəki Dibaya-Lubve kommunasında baş verib.

Əyalət qubernatoru vəzifəsini icra edən Félicien Quivey bildirib ki, indiyədək dağıntılar altından doqquz qadın, üç kişi və bir uşaq daxil olmaqla 12 cəsəd çıxarılıb.

İqlim mütəxəssisləri deyirlər ki, Konqoda zəif şəhərsalma və zəif infrastruktur icmaları ekstremal yağışlara qarşı daha həssas edir, bu yağışlar Afrikada temperatur yüksəldikcə daha sıx və tez-tez olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu