Aerob və anaerob fiziki hərəkətlər


İdman hərəkətləri qeyri-dövri və dövri olmaqla iki yerə ayrılır. Dövri hərəkətlər özüdə oksigen sərfi imkanından aslı olaraq 2 hissəyə ayırır: aerob-oksigenli, anaerob-oksigensiz. V.S.Farfel rekordların təhlili əsasında dövri hərəkətləri onların icra şiddətinə görə 2 qrupa ayırmışdır. Lakin hazırda bu qruplar özləri də bir neçə hissəyə bölünür.


Anaerob hərəkətlər:

1. Maksimal şiddətli anaerob hərəkətlər;
2. Maksimal yaxın şiddətli anaerob hərəkətlər;
3. Submaksimal şiddətli anaerob hərəkətlər;


Aerob hərəkətlər:

1. Maksimal şiddətli aerob hərəkətlər;
2. Maksimal yaxın şiddətli aerob hərəkətlər;
3. Submaksimal şiddətli aerob hərəkətlər;
4. Orta şiddətli aerob hərəkətlər;
5. Zəif şiddətli aerob hərəkətlər.

Bütün dövri hərəkətlər müəyyən şiddətə malikdir və bu şiddətin ölçü vahidi fiziki vahidlər – vatt, kq/dəq.-dir. Onlar orqanizmin fiziki cəhətdən yüklənməsinin vahididir.

Anaerob hərəkətlər

Maksimal şiddətli anaerob hərəkətlərin fizioloji səciyyəsi. Bu hərəkətlərə qısa məsafəyə qaçışlar (sprint) aiddir. Burada hərəkətin icrası üçün sərf olunan vaxtın müddəti 10-30 san. qədərdir. İş əsasən anaerob şəraitdə icra olunur. Oksigen borcu 96%-ə qədər olur. Sərf olunan enerji ATF-nin parçalanması nəticəsində alınır.
Yüksək dərəcəli idmançılarda sprint qaçışı zamanı təzahür edilən ən maksimal anaerob şiddət dəqiqədə 120 kkal-yə çatır.
Məsafə boyu vegetativ sistemlərin fəaliyyəti tədricən artır. Anaerob hərəkətlər qısa müddətli olduğuna görə ürək-damar və tənəffüs funksiyaları maksimuma çata bilmir. İşin icrasında idmançı ya nəfəsini saxlayır, ya da bir neçə dəfə tənəffüs edir. Ağciyər ventilyasiyası maksimal dərəcənin 20-30%-ni təşkil edir. Ürək təqəllüsünün sıxlığı işə başlamazdan əvvəl artır (dəqiqədə 140-150 dəfə) və məsafə boyu bu artma davam edir.
Anaerob hərəkətlərin icrasından əvvəl qanda qlükozanın miqdarı bir qədər artır. Burada böyrək üstü vəzin hormonu olan katexolaminlərin də artmasını qeyd etmək olar.
Hərəkətlərin icrasını təmin edən fizioloji sistem və mexanizmlər aşağıdakılardır:
1. Sinir-əzələ aparatının tənziminin xüsusiyyətləri;
2. Skelet əzələlərinin sürətli liflərinin xüsusiyyətləri;
3. Əzələlərdə fosfogenlərin miqdarı.

Maksimal yaxın şiddətli anaerob hərəkətlərin fizioloji səciyyəsi. Hərəkətləri təmin edən enerji anaerob yolla alınır. Burada enerji istehsalının anaerob tərkibi fosfogenli sistemin hesabına, müəyyən dərəcədə də qlikogenin hesabına 75-80 faizə çatır. Hərəkətlərin icra müddəti 20-saniyədən 50 saniyəyədəkdir. Burada idman hərəkətlərinə 200-400 m qaçış, 100 m üzmə aid ola bilər. Belə işi enerji ilə təmin etmək üçün oksigen daşıyıcı sisteminin fəaliyyəti artır.
Startdan qabaq ürək təqəllüsünün sıxlığı 150-160-a qədər artır. Hərəkətin icrası zamanı ağciyər ventilyasiyası artır, oksigen sərfinin sürəti artaraq 70-80%-ə çatır. Qlükozanın qanda miqdarı məsafə boyu çoxalır.
Submaksimal şiddətli anaerob hərəkətlər. Bu hərəkətlərin də enerji ilə təminatı anaerob yolla baş verir. Orqanizmin ümumi enerji istehsalının 60-70%-ni laktasid enerji sisteminin hesabına olur. Bundan başqa belə hərəkətin enerji təminatından müəyyən pay oksigenli enerji sistemi üzərinə də düşür. Burada işin müddəti 1-2 dəq.-dək olur. Buraya aiddir: 800 m qaçış, 200 m üzmə, 1 km velosiped sürmək.







Dövri anaerob hərəkətlərin energetik və erqometrik səciyyəsi


Hərəkətləri təmin edən əsas fizioloji sistemlər və mexanizmlər bunlardır:
1. İşləyən əzələlərin laktatsid enerji sisteminin həcmi və şiddəti;
2. Sinir - əzələ aparatının funksional xassələri və orqanizmin oksigen daşıyıcı sisteminin imkanları.


Aerob hərəkətlər

Hərəkətlərin şiddətli oksigenli sistem vasitəsi orqanizmin enerji tələbatını ödəməyə imkan verir. Buna görə də icra edilən işin şiddətini məsafə boyu oksigen sərfinin miqdarı ilə qiymətləndirmək olar.
Maksimal şiddətli aerob hərəkətlər (Oksigenin maksimal sərfi (OMS) 95-100% səviyyəsində). Burada məsafə boyu oksigen sərfinin miqdarı fərdi sərf etmənin 95-100 faizidir. Enerji istehsalının aerob tərkib hissəsi üstün olub 60-70 faiz təşkil edir. ona görə bu məsafədə müəyyən qədər enerji laktasit yolla da alınır. Hərəkətlərin icrası zamanı senerji maddəsi əzələ qlikogendir. Qlikogen həm anaerob, həm də aerob yolla parçalanır. Anaerob yolla parçalananda çoxlu süd turşusu əmlə gəlir. Işin müddəti 3-10 dəqiqə olur. Bu, 1500-3000 m qaçış, 400-800 m üzgüçülük, akademik avarçəkmə (klassik məsafələr) kimi idman hərəkətlərinə aiddir. Hərəkəti ba.ladıqdan 1 dəqiqə sonra ürək təqəllüsünün sıxlığı, qanın sistolik həcmi, ürək artması, ağciyərlərin ventilyasiyası, oksigenin maksimal sərfinin sürəti ən yüksək göstəricilərə çatır, qanda süd turşusunun miqdarı da artır.
Bu hərəkətləri təmin edən əsas fizioloji sistem və mexanizmlər aşağıdakılardır:
1. Oksigendaşıyıcı sistemin və i.ləyən əzələlərin funksional aerob imkanları;
2. Işləyən əzələlərin laktasid enerji sisteminin şiddəti, oksigenin maksimal sərfi (OMS).

Dövri aerob hərəkətlərin energetik və erqometrik səciyyəsi





Maksimala yaxın şiddətli aerob hərəkətlər (OMS-i 85-90% səviyyəsində). Burada enerji istehsalının 90%-ə qədəri aerob yolla təmin olunur. Oksidləşən maddələr sulu karbonlardır (tənəffüs əmsalı-1). Əsasən enerji rolunu işləyən əzələlərin qlikogeni oynayır. Bu hərəkətlərin icrasının müddəti 30 dəqiqəyədək olur. Bu qrupa 5000-100000 m qaçış, 1500 m üzgüçülük və s. aiddir.
Işin icrası zamanı ürək təqəllüsünün sıxlığı idmançının maksimal göstəricisinin 90-95%, agciyərlərin ventilyasiyası isə 85-90%-ə qədər olur. Qanda süd turşusunun miqdarı nisbətən azalır, bədən temperaturu 39 dərəcəyə çatır.
Submaksimal şiddətli aerob hərəkətlər. Məsafə boyu OMS fərdi sərfin 70-80%-ni təşkil edən çox enerji istehsalı aerob yolla baş verir. Əsas enerji materialı əzələ qlikogeni, əzələlərdə və qanda olan yağlar və qanın qlükozasıdır. Bu hərəkətlərin icra müddəti 120 dəqiqəyədəkdir. Bu qrupa 30 km qaçış, 20 km idman yerişi və s. aiddir. Hərəkətin icra zamanı ürəyin və tənəffüsün sıxlığı idmançının maksimal göstəricilərinin 80-90%-nə çatır. Ağ ciyərlərin ventilyasiyası 70-80%-ə qədər, qanda süd tur.usunun miqdarı bir az da azalır. Bədənin temperaturu məsafə boyu 40 dərəcəyə çatır.
Əsas fizioloji sistem və mexanizmlər aşağıdakılardır:
1. Bütün aerob hərəkətlərə aid olanlar;
2. Oksigenli enerji sisteminin həcmi;
3. İşləyən əzələ və qaraciyərin qlikogen ehtiyatının həcmi

Orta şiddətli aerob hərəkətlər. Məsafə boyu OMS fərdi sərfin 55-65%-ni təşkil edir. işləyən əzələlər üçün lazım olan enerji tam aerob proseslərin hesabına alınır. əsas enerji materialı yağlardır (tənəffüs əmsalı -0.7). bu sahədə işin müddəti saatlarla ölçülür. Bu hərəkətlərə 50 km idman yerişi aiddir. Ürək- tənəffüs göstəricilərinin maksimal həddi 60-75%-dən yuxarı olmur.
Zəif şiddətli aerob hərəkətlər. Məsafə boyu OMS fərdi sərfin 50%-ni təşkil edir. enerji bütünlüklə oksidləşmə yolu ilə alınır. Əsas oksidləşən maddə yağlardır. Hərəkətin müddəti saatlarla ölçülür. Zəif şiddətli aerob hərəkətlər adi həyat fəaliyyəti və kütləvi bədən tərbiyəsində istifadə olunan hərəkətlərdir.

Ağayeva Xatın Elşad qızı
Naxçıvan Müəllimlər İnstitunun “Ümumi fənlər” kafedrasının müəllimi
Xatunagayeva94@gmail.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu