Azərbaycanda məktəbli qıza SEKSUAL HƏRƏKƏTLƏR edənlər tutuldu


Bərdədə məktəbli qıza seksual hərəkətlər edilməsi ilə bağlı cinayət işi başlanıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Lent.az-a bildirib ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, bir neçə gün öncə Bərdədə kəndlərin birində 14 yaşlı məktəbli qızın 4 nəfər tərəfindən qapalı məkanda saxlanılması və ona qarşı seksual hərəkətlər edilməsi barədə görüntülər yayılıb. Məlumata görə, qızın ailəsi həmin hadisəni törədənlərin kənddən birdəfəlik qovulmasını da tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu