13 yaşlı qıza əxlaqsız hərəkət edən məmur həbs edildi
Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.
Rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R Hüseynov Azərbaycan Respublikasının cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.
Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.
Faktla bağlı araşdırma davam etdirilir.//APA