"Neftçi" klubu menecerinə, "Qarabağ" azarkeşlərinə görə cərimələnib


AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XV turun "Neftçi" - "Qarabağ" oyununda baş vermiş hadisələrə hüquqi qiymət verib.


Ağdam təmsilçisi 1 600 manat cərimələnib. Buna komanda azarkeşlərinin meydana kənar əşya atmaları səbəb olub.

Paytaxt klubu isə 73-cü dəqiqədə meneceri Qədir Həsənov texniki zona qaydalarını pozduğu üçün birbaşa qırmızı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb. Eyni zamanda Qədirov 1 oyunluq cəzaya məruz qalıb.

Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 2:1.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu