Prezidentin Azərbaycana dəvət etdiyi qızlara rəsmi məktub göndərildi


İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandıqları medalları Azərbaycana həsr edən Cansu Bektaş və Qamze Altun Prezident İlham Əliyevin tapşırığı ilə artıq ölkəmizə səfərə dəvət olunub.


Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər iki xanım idmançıya rəsmi dəvət göndərilib: “Hazırda onların Azərbaycana səfəri ilə bağlı danışıqlar aparılıb”.


Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanmışdı. Onlar medallarını Azərbaycana həsr ediblər. Buna səbəb İrəvandakı açılış mərasimində Azərbaycan bayrağının yandırılması və bundan sonra millimizin yarışdan imtina edərək vətənə qayıtması idi.

Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibəsində gənclər və idman naziri Fərid Qayıbova C.Bektaşı və Qamze Altunu ölkəmizə dəvət etməsi barədə tapşırıq verdiyini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu