"Konyaspor" rəsmisi: Mahir Emreli bizim komandada qalmayacaq


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda qalmayacaq.


Bu barədə "Report"a klubun icraçı direktoru Mustafa Göksu açıqlama verib.

O bildirib ki, məşqçilər heyəti 25 yaşlı hücumçunun xidmətində maraqlı deyil.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. O, 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu