Umar Nurməhəmmədov UFC reytinqinin ilk 10-luğuna daxil olub


Rusiyalı qarışıq üslublu döyüşçü (MMA) Umar Nurməhəmmədov Ultimate Fighting Championship (UFC) reytinq cədvəlinin ilk 10-luğuna daxil olub.



Yenilənmiş siyahı promosyon saytında yer alıb.

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu 13-cü yerdən 10-cu yerə yüksəlib.

Martın 3-də Nurməhəmmədov Las-Veqasda UFC Vegas 87 turnirində Qazaxıstan təmsilçisi Bekzat Almaxandan güclü olub.

28 yaşlı Nurməhəmmədov 17 döyüşdə 17 qələbə qazanaraq məğlubiyyətsiz döyüşçü olaraq qalır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu