Həbib Nurməhəmmədov UFC-yə qayıdışına eyham vurub


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-yə qayıdışına işarə edib.



“Report” xəbər verir ki, idmançı bu barədə özünün instaqramdakı hesabında bildirib.

"Tezliklə görüşəcəyik", - rusiyalı kəmər sahibi UFC rəhbəri Deyn Uaytla birlikdə çəkdirdiyi şəklinin altında yazıb. Rusiya mediası bunu Həbib Nurməhəmmədovun Mütləq Döyüş Çempionatına qayıdışına eyham kimi qiymətləndirib.

Oktyabrın 25-də Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda gerçəkləşən UFC 254 turnirində Nurməhəmmədov rəqibini ikinci raundda boğucu fəndlə üstələyib.

Nurməhəmmədov döyüşdən sonra karyerasının tamamlandığını elan edib. Onun aktivində 29 qələbə var, rusiyalı kəmər sahibi heç bir döyüşdə məğlub olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu