“Qarabağ” ilk oyunda “Neftçi”yə qalib gəldi
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsində iyun oyunlar keçirilib. “Qarabağ” klubu “Neftçi”nin qonağı olub.
Oyunda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” komandası cavab qarşılaşması üçün sərfəli nəticəni təmin edib.
Yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Qəbələ” 3:1 hesabı ilə “İnter”i məğlub edib.
Azərbaycan kuboku yarışının yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 5-də oynanılacaq.