Neft Fondunun gəlirləri 85%-dən çox artıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 357 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 85,7% çoxdur.


ARDNF-dən AFN.az-a verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.12.2022 tarixinə) 328 567 min dollar olub, bu da 18,1% artım deməkdir.

Məlumat üçün bildirək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu