"Toshiba" 5 min işçisini ixtisar edəcək


Yaponiyanın elektronika istehsalçısı Toshiba 5 min işçisini ixtisar edəcək ki, bu da şirkətin ölkədəki işçilərinin sayının 7 faizini təşkil edir.



Kyodo agentliyinin şirkət mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Toshiba restrukturizasiya yolu ilə kadrların sayını azaltmağı planlaşdırır.

Öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi inkişaf sahələrinə yönəltməyi planlaşdıran Toshiba ölkədə 5 min işçini ixtisar etmək qərarına gəlib.

Yaponiya şirkəti mayın əvvəlində hər bir biznes bölməsində neçə vəzifənin ixtisar ediləcəyini müəyyən etmək üçün həmkarlar ittifaqı ilə danışıqlara başlayacaq.

Əmək müqaviləsinə xitam veriləcək kadrların əksəriyyəti administrasiya və arxa ofis işçiləri olacaq və könüllü təqaüdə çıxmaq təkliflərinə üstünlük veriləcək.

2023-cü ilin mart ayına olan məlumata görə, şirkətin ölkədə təxminən 67 min işçisi var. İşdən çıxarılanlar ümumi işçilərin sayının 7 faizini təşkil edir.

Toshiba şirkətlərinin zəif performansına görə 2023-cü ilin dekabrında başa çatan 9 aylıq dövrdə 107 milyard yen, təxminən 691 milyon dollar xalis zərər etdiyini elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu