Çin inkişaf etməkdə olan ölkələr üçün ən böyük kreditorlardandır


Pekin yeni qlobal transsərhəd kreditləşdirmə sistemi yaradıb. Bununla da Çin inkişaf etməkdə olan ölkələr üçün dünyanın ən böyük kreditorlarından birinə çevrilib.


AFN.az xəbər verir ki, bu haqda "AidData" tədqiqat laboratoriyasının hesabatlarında bildirilir.

2000-ci ildən bəri Çin hakimiyyəti Argentina, Monqolustan, Pakistan və Türkiyə də daxil olmaqla 20-dən çox ölkəyə ən azı 240 milyard dollar təcili yardım göndərib. Məbləğin böyük hissəsini, yəni 185 milyard dolları Pekin son beş ildə ayırıb.

"Çin çətin vəziyyətdə olan ölkələrə yeni qlobal transsərhəd kredit sistemi yaratdı" - deyə tədqiqatda qeyd edilir.

"Bloomberg" analitikləri bildirirlər ki, Çin inkişaf etməkdə olan ölkələrə kredit verilməsində getdikcə əhəmiyyətli rol oynayır və onilliklər ərzində iqtisadi əlaqələri müəyyən edən sistemə alternativ təklif edir. Agentlik bildirir ki, indi Pekin və Vaşinqton qlobal maliyyə və pul sistemində nüfuz uğrunda mübarizə aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu