2023-cü ildə Naxçıvana 40 mindən çox turist gəlib


"Artıq 2023-cü ili yola salırıq. Bu il ərzində Naxçıvan Muxtar Respublikasına 2 min nəfərdən çox əcnəbi turist gəlib ki, bunun da əsas hissəsini Avropa ölkələrindən gələnlər tutur".



Bunu AFN.az-a açıqlamasında "Naxçıvan Travel" şirkətinin rəhbəri, Azərbaycan və Dünya Turizm bələdçiləri federasiyalarının üzvü Natiq Paşayev deyib. Onun sözlərinə görə, bu rəqəm ötənilki ilə müqayisədə 30 faiz artım olduğunu göstərir: "Bu rəqəm dünyanın 47 ölkəsini əhatə edir. Bunların içərisində Avropa ölkələri daha çox üstünlük təşkil edir".

Şirkət rəhbəri qeyd edib ki, Naxçıvanda daxili turizm də sürətlə inkişaf edir: "Naxçıvana öz vətəndaşlarımızın marağı da getdikcə artır. Yola salmaqda olduğumuz il ərzində Bakıdan və ölkəmizin digər bölgələrindən təkcə bizim şirkətin xətti 10 mindən çox insan məhz turist kimi səfər edib. Ümumilikdə isə 30 min nəfər yerli insan Naxçıvana səfər edib. Qiymətlərimiz də çox uyğundur. Sadəcə, 195 manatla bir nəfər gəlib Naxçıvanda dincələ bilər. Bura daxildir gündə iki dəfə yemək, aviabilet, hoteldə gecələmə, ekskursiya xidməti və s."

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu