Yevlaxdakı dəhşətli qətlin təfərrüatı ilə bağlı DİN-dən açıqlama - YENİLƏNİB + VİDEO


Daxili İşlər Nazirliyi Yevlax rayon sakini Mehdi Qarayevin bir il öncə həyat yoldaşına balta ilə xəsarət yetirməsi məsələsinə aydınlıq gətirib.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, 2020-ci ilin yanvar ayında M.Qarayevin həyat yoldaşı Elnarə Qarayevaya xəsarət yetirməsi ilə bağlı Yevlax Rayon Şöbəsinə məlumat daxil olub və məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticəsinə əsasən, M.Qarayev barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 1 il müddətinə azadlıqdan məhrum edilib”.

***

Yevlaxda kişi həyat yoldaşını evində güllələyib. Qətli törədən şəxs qohumunu da yaralayıb. Sumqayıtda isə 45 yaşlı kişi öz tanışı tərəfindən elə yaşadığı binanın qarşısında öldürülüb.

“Xəzər Xəbər” hər iki qətllə bağlı təfərrüatı araşdırıb.

Belə ki, dünən Yevlax rayonu Hacıselli kəndində 48 yaşlı Mehdi Qarayevin arvadını güllələyərək öldürməsi, qonşusunu isə yaralaması hadisəsinin təfərrüatı məlum olub.

Həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Qarayevanı amansızlıqla öldürən Mehdi ötən ilin yanvarında da onu qətlə yetirməyə cəhd edib. Belə ki, ötən ilin 13 yanvar tarixində Mehdi Qarayev yaşadığı mənzildə balta ilə E.Qarayeva ağır zərbələr endirərək onu öldürməyə cəhd göstərib. Həmin vaxt başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadının həyatını xilas etmək mümkün olub.

Kənd sakinləri güllə səsinə oyanıblar. Mehdi Qarayev həyat yoldaşı Elnarə Qarayevanı yataq otağında güllələyib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qətli törədən şəxs öz qohumu, 63 yaşlı İldırım Qarayevi də yaralayıb. Yaxınları hadisənin hansı səbəbdən baş verdiyindən xəbərsiz olduqlarını bildiriblər.

Qətli törədən Mehdi Qarayevi artıq polis əməkdaşları saxlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Sumqayıtda isə 45 yaşlı kişi qətlə yetirilib. Hadisə şəhərin 18-ci mikrorayon ərazisində baş verib.

Sumqayıt Şəhər Prokurorluğu faktı təsdiqləyib. Bildirilib ki, dünən səhər saat 10 radələrində Sumqayıt şəhər sakin 45 yaşlı Nazim Məmmədovun 18-ci mikrorayon ərazisində öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 43 yaşlı Mahir Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Nazim Məmmədov aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən Mahir Həsənov saxlanıb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Daha ətraflı süjetdə:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu