Rusiyada müstəqil fikir bildirən sənət adamlarına qarşı təzyiqlər vüsət alıb


Rusiyanın Yaroslavl və Çerepovetsdə şəhərlərində keçirilməsi nəzərdə tutulan "Naiv" musiqi qrupunun konsertləri ləğv edilib.


Tədbirin ləğvi ilə bağlı məlumat "VKontakte"də qrupun rəsmi səhifəsində verilib. Konsertlərin ləğvi Yaroslavl Şəhər Dumasının deputatı Lyubov Surovanın təşəbbüsü ilə reallaşdırılıb.

Qeyd edək ki, musiqi qrupunun yubileyi çərçivəsində aprelin 8-i və 9-da adıçəkilən şəhərlərdə çıxışları olacaqdı. "Bu gün Yaroslavl şəhər prokurorluğundan konsertin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı xəbərdarlıq məktubu aldıq. Ləğv edilməsinin təşəbbüskarı deputat Lyubov Surovadır. Yaroslavl şousunun baş tutması üçün Çerepovetsdə keçiriləcək tədbirin keçirilməsi lazım idi. Bu baxımdan Yaroslavl və Çerepovetsdə keçiriləcək konsertlərin hər ikisini ləğv etmək məcburiyyətində qaldıq" - deyə qrup bildirib.

Qrup yetkililəri sonuna qədər mübarizə apardıqlarını, lakin mübahisələrin yetərli olmadığını qeyd edərək, konsertlərin ləğv edilməsinin səbəblərini açıqlamayıb. Eyni zamanda azarkeşlərə dəstəklərinə görə təşəkkür edib və biletlərin pulunu qaytaracaqlarına söz veriblər.

Deputat Lyubov Surova "Teleqram" kanalında "Naiv" iştirakçısı Aleksandr İvanovun Ukraynadakı xüsusi hərbi əməliyyatı tənqid etdiyini, həmçinin musiqiçinin beynəlxalq münaqişə həll olunana qədər konsert verməyəcəyinə söz verdiyini qeyd edib.

Bir müddət əvvəl rusiyalı müğənni və "Gecə Snayperləri" qrupunun rəhbəri Diana Arbeninanın da eyni səbəbdən - Ukraynadakı hərbi əməliyyatları tənqid etdiyi üçün Rusiyanın altı şəhərində konsertləri ləğv edilib. Ondan öncə isə Valeri Meladzenin konsertləri bu səbəbdən ləğv olunmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu