Valeri Meladzenin Rusiyada planlaşdırılan konsertləri ləğv edildi


Bu yaxınlarda İsraildəki konsertində "Slava geroyam" şüarını səsləndirən məşhur ifaçı Valeri Meladzenin Rusiyada planlaşdırılan konsertləri bir-birinin ardınca ləğv olunur.


AFN.az TASS-a istinadən xəbər verir ki, Valeri Meladzenin Novosibirsk, Barnaul və Kemerovoda aprel ayına planlaşdırılan konsertləri ləğv edilib. Bu barədə TASS-a “City Spectacular Bilet Kassaları” avtomatlaşdırılmış bilet satışı və bronlaşdırma sistemindən məlumat verilib.

Ləğv edilən konsertlər aprelin 26, 29 və 30-da baş tutmalı idi. Agentliyə məlumat verən mənbə biletlərin geri qaytarılmasının mümkün olduğunu bildirib.

İfaçının aprelin 27-də çıxış etməli olduğu Kemerovodakı “Arena” idman-əyləncə kompleksinin saytında konsertlə bağlı məlumat yoxdur. Bundan əvvəl müğənninin Krasnoyarsk və İrkutskdakı çıxışları ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu