Rusiya BMT üzvlərini hədələdi


Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılması üzrə səsvermə ərəfəsində bu ölkənin nümayəndələri üzvlər arasında təhdid dolu mesaj yayıblar.


Bu barədə CNN qurumdakı mənbələrinə istinadən yazır.

“Qeyd etmək lazımdır ki, nəinki bu təşəbbüsün dəstəklənməsi, eləcə də səsvermədə etinasız mövqe də (iştirak etməmə və ya bitərəf qalma) dost olmayan jest kimi qəbul olunacaq”, - yayılan mesajda deyilir.

Xatırladaq ki, BMT Baş Assambleyası cümə axşamı, aprelin 7-də Rusiyanın İnsan Hüquqları Şurasından çıxarılması barədə qərar verib. Qərarı 93 nəfər təsdiqləyib, 24 nəfər əleyhinə səs verib, 58 nəfər bitərəf qalıb.

Qeyd edək ki, sözügedən səsvermədə Azərbaycan iştirak etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu