Paşinyan Türkiyəyə səfərə gedib


Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib.


Paşinyanı Ermənistan Respublikası Milli Assambleyasının vitse-spikeri, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edib.

Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında Paşinyanı Türkiyənin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç qarşılayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu