Belçika sursat çatışmazlığı ilə bağlı həyəcan təbili çalıb


"Avropanın sursat ehtiyatları son dərəcə aşağıdır, tezliklə biz daş atmalı olacağıq".



Merkur.de xəbər verir ki, həyəcan təbilini Belçika Silahlı Qüvvələrinin keçmiş müdafiə rəis müavini, istefada olan general-leytenant Mark Tiz çalıb.

Onun sözlərinə görə, yüksək keyfiyyətli döyüş sursatı ehtiyatları xüsusilə azdır və uzun çatdırılma müddətinə görə onları yenidən doldurmaq çətin olacaq.

“Əgər bu gün sifariş etsəniz, bəzi döyüş sursatları, ən sadə kiçik çaplı 5.56 NATO standartlı sursat üçün belə sifarişin qəbulu yeddi ilə qədər çəkə bilər. Müqaviləni bu gün imzalasaq, silah-sursatın çatdırılması on iki ay çəkəcək”, - deyə o, izah edib.

Belçikalı general vurğulayıb ki, silah və sursat çatışmazlığından təkcə Qərb deyil, onun əleyhdarları da bilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu