Norveçin Drammen şəhərinin yalnız ukraynalı qaçqınları qəbul etmək qərarı rədd edildi


Oslo və Viken qubernatorluğu Drammen yerli şurasının ukraynalı qaçqınlarla bağlı qərarı barədə açıqlama verib.



Açıqlamada Drammenin yalnız ukraynalı qaçqınları qəbul etmə qərarının "daha asan uyğunlaşacaqları" səbəbiylə rədd edildiyi bildirilib.

Sözügedən qərarın konstitusiyaya zidd olduğu və millətə görə birbaşa ayrı-seçkiliklə bağlı olduğu qeyd edilib.

Qeyd edək ki, Drammendəki sağçı parlament fevralın 13-də 29 səs leyhinə, 28 səs əleyhinə ilə şəhərə yalnız ukraynalı qaçqınların qəbulu barədə qərar verib.

Yerli şuranın yalnız ukraynalı qaçqınların daha ​​asan uyğunlaşacaqlarını əsas gətirərək qəbul etdiyi qərarı bir çox deputat, o cümlədən Norveçin baş naziri Jonas Gahr Store tərəfindən tənqid edilib.

Norveçin cənubundakı şəhərdə verilən qərarın qanunsuz olduğunu iddia edən Store, hansı qaçqınları qəbul edəcəklərini seçmək səlahiyyətlərinin olmadığını ifadə edib.

Bildirilir ki, şəhərdə yaşayan 103 min nəfərdən demək olar ki, hər 3-də 1-i qaçqındır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu